Pekin Vaşinqtonla strateji risklərin mənbəyi barədə mübahisə edib.
Çin Xarici İşlər Nazirliyi, ABŞ-ın Pekinə qarşı yeni nüvə strategiyası ilə bağlı xəbərlərə kəskin reaksiya verib. Nazirlik, strateji risklərin və nüvə təhlükələrinin ən böyük mənbəyinin Çin deyil, ABŞ olduğunu vurğulayıb.
Fins.az xəbər verir ki, Amerika mediası ABŞ prezidenti Co Baydenin nüvə silahından istifadə ilə bağlı məxfi sənəd imzaladığını bildirib. Bu strategiya gizli olsa da, ABŞ rəsmiləri bu barədə açıq danışıb.
Çərşənbə günü Pekin, Baydenin Çinin nüvə potensialını hədəfləyən gizli sənədi imzalaması ilə bağlı xəbərlərə mənfi reaksiya verib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning, ABŞ-ı anti-Çin qorxusunu artırmaqda ittiham edib.
Kaira Agayeva
Fins.az