Avropa İttifaqı ölkələri Macarıstan və Slovakiyanı Rusiyadan bu ölkələrə neft nəqlinin bərpası məsələsində dəstəkləməyib.
Fins.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin qeyd edir ki, Avropa İttifaqının ticarət komissarı Valdis Dombrovskis Brüsselin sübut toplamaq və hüquqi vəziyyəti qiymətləndirmək üçün daha çox vaxta ehtiyac duyacağını bildirib.
“Üzv dövlətlərin ticarət nümayəndələrinin dünənki iclasında 11 ölkə Dombrovskisin rəyini dəstəkləyib”, deyə nəşr yazır.
Qeyd edək ki, Slovakiyanın xarici işlər naziri Yuraj Blanar Avropa Komissiyasını Rusiya neftinin Ukrayna ərazisindən tranziti məsələsini tez bir zamanda həll etməyə çağırmışdı.
Kaira Ağayeva
Fins.az