Türkiyə Təhlükəsizlik Şurasının bugünkü iclasında Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi müzakirə olunacaq.
Fins.az xəbər verir ki, bu barədə cümə axşamı Türkiyə KİV-ləri məlumat yayıb.
Qeyd olunur ki, görüşün gündəmində prioritet mövzular Türkiyənin sərhəddə terrorla mübarizə əməliyyatları, Suriya ilə münasibətlərin normallaşdırılması prosesi və İsrailin Qəzza zolağında hərbi əməliyyatları olacaq.
Bundan başqa, Türkiyə Təhlükəsizlik Şurasının bugünkü iclasında digər regional və beynəlxalq məsələlər, Yunanıstanla münasibətlər də müzakirə olunacaq.
Kaira Agayeva
Fins.az