2024-cü ilin iyul ayından Gürcüstanın “Georgian Airways” aviaşirkəti Tbilisi (Gürcüstan) – Meylan (Çin) – Türkmenabat (Türkmənistan) – Tbilisi (Gürcüstan) marşrutu üzrə yük reysləri həyata keçirməyə başlayıb.
Fins.az xəbər verir ki, bu yeni beynəlxalq yükdaşıma xətti Türkmənistan və Gürcüstan arasında ticari-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində mühüm addım olacaq.
2023-cü ilin oktyabr ayından Gürcüstanın “Geosky Georgian International Airlines” aviaşirkəti Tbilisi (Gürcüstan) – Çjençjou (Çin) – Türkmenabat (Türkmənistan) – Saraqosa (İspaniya) – Tbilisi (Gürcüstan) marşrutu üzrə müntəzəm yük reysləri həyata keçirir.
Kaira Ağayeva
Fins.az