2024-cü ilin ilk altı ayında Yaponiya Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalının həcmini 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,3% azaldıb.
Fins.az xəbər verir ki, bu barədə Yaponiya Maliyyə Nazirliyinin dərc etdiyi statistik məlumatlarda göstərilib.
Qeyd olunub ki, eyni dövrdə Tokio Rusiya kömürünün alışını da 69,1% azaldıb, neft idxal etməyib.
Yaponiya dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz idxalçılarından biridir.
Kaira Agayeva
Fins.az