Keçmiş desantçı, britaniyalı yazıçı və səyahətçi Karl Buşbi avqustda Xəzər dənizini keçərək Qazaxıstandan Azərbaycana üzərək çatmağı planlaşdırır.
Fins.az bu barədə BBC-yə istinadən xəbər verir.
Qeyd olunub ki, K.Buşbi dünyanı fasiləsiz dövrə vuran ilk şəxs olmaq qərarına gəlib və bu proqram çərçivəsində o, hazırda Xəzər dənizi üzərindən 186 mil (300 kilometr) üzmək niyyətindədir. O bildirib ki, avqustun ortalarında üzmək fikrindədir.
Onun sözlərinə görə, Azərbaycan hökuməti ekspedisiyanın bu hissəsinin maliyyələşdirilməsinə yardım edir.
Buşbi 1998-ci ildə dünya səyahətinə çıxıb və artıq 58 min kilometrlik səyahətinin üçdə ikisindən çoxunu qət edib. “Goliath Expedition” adlı səyahətinə başlamazdan əvvəl müəyyən etdiyi qaydalara görə, o, heç bir nəqliyyat növündən istifadə etməməlidir.
Dənizində qarşıdakı üzgüçülük zamanı onunla birlikdə üzgüçülük üzrə Azərbaycan yığmasının iki üzvü, eləcə də müşayiət gəmisi suda olacaq.
Səyahətçi qeyd edib ki, indiyədək heç kim dünyanın ən böyük qapalı daxili su hövzəsi olan Xəzər dənizindən keçməyib.
Kaira Agayeva
Fins.az