Azərbaycan “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında fəal iştirak edir.
Fins.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Çeçenistanın Qroznı şəhərində Qafqaz İnvestisiya Forumu çərçivəsində keçirilən “Avrasiyadakı tərəfdaşlarla beynəlxalq əməkdaşlığın inkişafı üçün Qafqazın rəqabət üstünlükləri” adlı dəyirmi masada çıxış edərkən deyib.
Ölkəmizin Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu xəttinə malik olduğunu xatırladan nazir müavini qeyd edib ki, yükgöndərənlərin artan ehtiyacları bu yolun bəzi hissələrində logistik imkanların modernləşdirilməsi və şimaldan Hind okeanı və Orta Dəhliz vasitəsilə Türkiyəyə və daha sonra dünyanın digər regionlarına unikal nəqliyyat marşrutunun təmin edilməsi zərurətini diktə edir.
Kaira Agayeva
Fins.az