DÜNYA

15 İyul

Gürcüstan vətəndaşlarına "Hepatit B"yə qarşı pulsuz dərman veriləcək

Sentyabr ayından etibarən Gürcüstan vətəndaşlarına "Hepatit B" virusuna qarşı pulsuz dərman veriləcək.

Fins.az xəbər verir ki, bunu Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.

"Son məlumatlara görə, ölkədə 80 min insan bu xəstəlikdən əziyyət çəkir. Xəstələrin pulsuz ala biləcəyi dərmanlar bahadır", - deyə nazir müavini qeyd edib.

Qeyd edək ki, Gürcüstanda "Hepatit B" ilə mübarizə üzrə dövlət proqramına profilaktika, diaqnostika və müalicə daxildir.

Kaira Agayeva 

Fins.az