Yaponiyanın Ehime prefekturasında leysan yağışların sәbәb olduğu torpaq sürüşməsi nәticәsindә üç nәfәr itkin düşüb.
Fins.az xəbər verir ki, Ehime prefekturasında yağan leysan yağışları Matsuyama şəhərində torpaq sürüşməsinə səbəb olub.
Yerli vaxtla saat 04:00 radələrində baş verən tәbii fəlakətdən sonra eni 50 metr və hündürlüyü 100 metr olan yamacın altında yerləşən bir çox tikili palçıq və torpaq altında qalıb.
Səlahiyyətlilər bölgədə 2 mərtəbəli taxta binada yaşayan 3 nәfәrin itkin düşdüyünü açıqlayıb və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Leysan yağışları sәbәbindәn Matsuyama şəhərindəki 13 226 evdə yaşayan 22 062 nəfərə təxliyə ilә bağlı xәbәrdarlıq edilib vә Matsuya Universitetində dərslərin 1 gün müddətinə dayandırıldığı açıqlanıb.
Səlahiyyətlilər riskli ərazilərdə yaşayan sakinlərə daşqın və torpaq sürüşmələrinə hazır olmaları ilә әlaqәdar çağırış edib vә binaların yuxarı mərtəbələrinə çıxmaları barədə xəbərdarlıq edib.
Kaira Agayeva
Fins.az