DÜNYA

11 İyul

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlanıb

Almaniyada təşkil olunan Avropa çempionatının final matçını idarə edəcək hakim müəyyənləşib.

Fins.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

İspaniya və İngiltərə komandaları arasındakı görüş fransalı Fransua Leteksyeyə tapşırılıb.

Qeyd edək ki, iyulun 14-də Berlində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Kaira Agayeva 

Fins.az