DÜNYA

13 May

Türkiyə iqtisadiyyatında artım

Türkiyədə ticarət satış həcmi illik 10,5 faiz, pərakəndə satış həcmi isə illik 19,4 faiz artıb.

Fins.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) mart ayı ticarət satış həcm indeksini açıqlayıb. Məlumata görə ticarət satış həcmi 2024-cü ilin mart ayında ötən ilin həmin ayı ilə müqaisədə 10,5 faiz artıb. Martda topdansatış ticarətinin həcmi yüzdə 9,4, pərakəndə ticarətin həcmi isə 19,4 faiz artıb.

Ticarət satışlarının həcmi aylıq 3 faiz artıb, pərakəndə satışların həcmi sabit qalıb. 2024-cü ilin mart ayında ticarət satış həcmi fevral ayı ilə müqaisədə 3 faiz artıb. Həmin ayda avtonəqliyyat vasitələri və motosikletlərin topdan və pərakəndə satışı və təmiri üzrə satış həcmi 3,3 faiz azalıb, topdansatış satış həcmi yüzdə 5,5 artıb, pərakəndə satış həcmi isə dəyişməz qalıb.