Məlumat Ukrayna Milli Bankının rəsmi hesabatında yer alıb.
Fins.az xəbər verir ki, aprel ayında Ukraynaya beynəlxalq yardımın həcmi beş dəfədən çox azalaraq 1,6 milyard dollara enib. Məlumat Ukrayna Milli Bankının rəsmi hesabatında yer alıb.
2024-cü ilin mart ayında Kiyevə təqdim olunan beynəlxalq yardım təxminən 9 milyard dollar təşkil edib, aprel ayında isə Ukrayna Avropa İttifaqından cəmi 1,6 milyard dollar alıb. Milli Bank qrivnanın sabitliyini qorumaq üçün 2,3 milyard dollar xərcləyib və 884,5 milyon dollar dövlət borcunu ödəyib.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri Qərb dövlətləri rəsmi Kiyevə milyardlarla dollarlıq silah göndərir, həmçinin hərbi və maliyyə yardımı göstərir. Maliyyə naziri Sergey Marçenkonun sözlərinə görə, 2023-cü ildə Qərbin maliyyə yardımının yalnız dörddə biri qrant şəklində, yəni əvəzsiz verilib. Bu il Ukraynanın büdcə kəsiri 43,9 milyard dollar təşkil edib.
Ukraynanın dövlət borcu 490,1 milyard qrivnaya (143,7 milyard dollara) və ya ümumdaxili məhsulun 80 faizinə çatıb. Qərb dövlətləri borclarını silməkdən imtina edərsə, Ukrayna 2025-ci ilin əvvəlində defoltla üzləşə bilər.