DÜNYA

03 May

Türkiyə İsraillə bütün ticarət əlaqələrinə son qoydu

Türkiyə cümə axşamı günü İsraillə ticarəti dayandırıb. Xatırladaq ki, ötən ay Türkiyə bəzi məhsulların İsrailə ixracına məhdudiyyətlər qoymuşdu.

Fins.az xəbər verir ki, Ankara hələ ki, ticarətin dayandırıldığını rəsmən elan etməyib və ticarətin nə vaxt və hansı şərtlərlə bərpa olunacağı hələ də qeyri-müəyyən olaraq qalır. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 6.8 milyard dollar təşkil edib ki, bunun da 76%-i Türkiyə ixracatının payına düşüb.

İsrail və Türkiyə diplomatik münasibətlərini on illik gərginlikdən sonra, ötən ilin avqust ayında bərpa etmişdilər. Lakin HƏMAS-ın 7 oktyabr hücumundan sonra münasibətlər yenidən gərginləşib.

Səhiyyə orqanlarının məlumatına görə, Qəzzada indiyədək 34 min insan həyatını itirib.