DÜNYA

01 May

Avrozona ÜDM-i 0.4% artıb

Avrozonanın 20 ölkəsinin ümumi ÜDM-i birinci rübdə, ilkin hesablamalara görə, illik ifadədə 0.4%, rüblük ifadədə isə 0.3% artıb.

Fins.az xəbər verir ki, analitiklər ÜDM-də artımın illik ifadədə 0.2%, rüblük ifadədə isə 0.1% olacağını proqnozlaşdırmışdılar.

Qeyd etmək lazımdır ki, ötən ilin dördüncü rübündə Avrozonanın ÜDM-i illik ifadədə 0.1% artıb, rüblük ifadədə isə 0.1% azalıb.

Birinci rübdə Aİ-nin 27 ölkəsinin ümumi ÜDM-i, ilkin hesablamaya görə, illik ifadədə 0.5%, rüblük ifadədə isə 0.3% artıb. 

Rüblük göstəricilərdə ən nəzərəçarpacaq artım İrlandiyada (+1.1%), Latviyada, Litvada və Macarıstanda (hər biri +0.8%) müşahidə olunub. Azalma yalnız İsveçdə (-0.1%) qeydə alınıb.