Türkiyədə iqtisadi etimad indeksi mart ayında 100,0 ikən apreldə 1 faiz azalaraq 99,0-a çatıb. Mart ayında indeks 100-ə çatıb.
Fins.az xəbər verir ki, əvvəlki aya görə, aprel ayında İstehlakçı Güvən İndeksi 1,4% artaraq 80,5, real sektor (emalat sənayesi) güvən indeksi eyni səviyyədə qalaraq 103,5-ə, xidmət sektoru güvən indeksi 2,8% azalaraq 117,1-ə, pərakəndə satış sektoru güvən indeksi 2,8% azalaraq 117,1 olub.
İqtisadi etimad indeksinin 100-dən yuxarı olması ümumi iqtisadi vəziyyətlə bağlı nikbinliyi, 100-dən aşağı olması isə ümumi iqtisadi vəziyyətlə bağlı bədbinliyi göstərir.
Günel Məlikzadə
Fins.az