Yaponiyanın paytaxtı Tokioda inflyasiya mart ayında 2,6% artdıqdan sonra apreldə 1,8%-ə enib.
Fins.az xəbər verir ki, Şəhərdə təzə ərzaq qiymətləri nəzərə alınmayan əsas inflyasiya mart ayındaki 2,4 faizdən 1,6% və iqtisadçıların 2,2% gözləntisindən aşağı düşüb.
Qeyd edək ki, Tokionun inflyasiya göstəricilərinin ümummilli tendensiyaların aparıcı göstəricisi olduğu geniş şəkildə qəbul edilir.
Günel Məlikzadə
Fins.az