DÜNYA

22 Aprel

2024-cü ilin sürprizi: Dollar..

2024-cü il qlobal investorlar üçün bir sıra gözlənilməz sürprizlər gətirdi.

Fins.az xəbər verir ki, bu sürprizlərdən biri də dolların güclənməsi olub.

Dolların ucuzlaşacağını proqnozlaşdıran ilə girən investorlar, ABŞ iqtisadiyyatının həddindən artıq qızması və FED-in faiz dərəcələrini endirməsini təxirə salmasını tələb edən yapışqan inflyasiya səbəbindən mövqelərini yenidən nəzərdən keçirməli olurlar.

Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ-da artımın digər G-7 ölkələrindən iki dəfə sürətli olacağını gözləsə də, “ABŞ istisnadır” ifadəsi səhm və istiqraz gəlirlərini dəstəkləyərək dolların cəlbediciliyini artırır. Geosiyasi gərginlik də dolları təhlükəsiz sığınacaq kimi dəstəkləyən amildir.

Bu hadisələr dünyanın ikinci ən böyük fond idarəçiliyi şirkəti olan Vanguard Group-un dolların uzunmüddətli artımını proqnozlaşdırmasına səbəb oldu. UBS Asset Management isə dolların normal dəyərindən 20 faiz baha olmasına baxmayaraq, yəqin ki, daha da artacağını proqnozlaşdırır. Wells Fargo İnvestisiya İnstitutu da dolların bahalaşmasının 2025-ci ilə qədər uzanacağını düşünür.

Vanguard-dan Ales Koutny, “Əgər digər ölkələr ABŞ-ın artımı və inflyasiya göstəriciləri ilə ayaqlaşa bilməsələr, dollar almaqdan başqa çarə qalmayacaq. Əvvəllər bizim üçün çox taktiki ticarət olan dollar almaq, daha uzunmüddətli strategiyaya çevrildi".

Günel Məlikzadə
Fins.az