DÜNYA

19 Aprel

Aİ Brexit-in gənc əhaliyə təsirini azaltmaq istəyir

Aİ Komissiyasından verilən yazılı açıqlamaya görə, Komissiya Aİ Şurasına Böyük Britaniya və Aİ ölkələrində Brexitdən sonra azalan gənclər arasında hərəkətliliyin artırılması üçün danışıqlara başlamağı təklif edib.

Fins.az xəbər verir ki, təklif Şura tərəfindən qəbul edilərsə, Komissiya Böyük Britaniya ilə gənclərin mobilliyi üzrə danışıqlara başlamaq səlahiyyətinə malik olacaq.

Beləliklə, Aİ ölkələrində gənclərin Böyük Britaniyada təhsil, iş və yaşayış hüquqlarına, Böyük Britaniyada gənclərin isə Aİ-də təhsil, iş və yaşayış hüququna malik olması daha asan olacaq.

Təklif olunan razılaşmaya əsasən, 18-30 yaş arası Aİ və Böyük Britaniya vətəndaşları təyinat ölkədə 4 ilə qədər qala biləcəklər.

Aİ-nin Brüsseldə keçirilən iki günlük sammitinin sonunda mətbuata açıqlama verən Aİ Komissiyasının sədri Ursula fon der Leyen, Brexitdən sonra Böyük Britaniya ilə işləyə biləcəyimiz bir çox sahənin olduğunu və gənclərin mobilliyinin yüksək səviyyədə olduğunu söylədi.

"Gənclərin mobilliyi məsələsi həm Aİ, həm də Böyük Britaniyanın marağındadır" Von der Leyen dedi.

Günel Məlikzadə
Fins.az