DÜNYA

18 Aprel

Hollandiyanın Türkiyə mesajı

Rutte sosial media hesabında "Türkiyə regionda daha çox təsirə malik geosiyasi oyunçudur. Bir çox fərqli sahədə NATO müttəfiqi və tərəfdaşıdır" paylaşdı.

Fins.az xəbər verir ki, Aİ Zirvə toplantısında Türkiyə, Aİ və Hollandiya arasında əlaqələrin gücləndirilməsi üçün danışıqlar aparılacağını bildirən Rutte, "Türkiyə ilə yaxşı münasibətlər Aİ və Hollandiya üçün əhəmiyyətlidir" dedi.

Rutte, "Biz həmçinin İranın (İsrailə qarşı) ehtiyatsız hücumunu müzakirə edəcəyik. İrana bağlı qrupların İsrailə qarşı növbəti düşmənçilik hərəkətlərindən çəkinmələrini təmin etmək üçün hansı addımları ata biləcəyimizi qiymətləndirəcəyik. Yaxın Şərqdə təhlükəsizliyi təmin etmək üçün gərginliyin azaldılması lazımdır" qiymətləndirməsini etdi.

Son həftələrdə Rusiyanın Ukraynadakı şəhərlərə, enerji sistemlərinə davamlı olaraq raket və pilotsuz təyyarələrlə hücum etdiyini qeyd edən Rutte, "Buna görə də Ukraynanın təcili olaraq daha çox hərbi dəstəyə, xüsusilə də havadan müdafiəyə ehtiyacı var" dedi. 

Günel Məlikzadə
Fins.az