DÜNYA

17 Aprel

Çinin Almaniya mesajı

Çin prezidenti Si Cinpin ölkəsinə səfər edən Almaniya kansleri Olaf Şolzla görüşündə dünyanın ikinci və üçüncü böyük iqtisadiyyatına malik iki sənaye ölkəsi arasında əsaslı maraqlar toqquşmasının olmadığı mesajını verib.

Fins.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin bəyanatına görə, görüş zamanı Si, Avropa Birliyinin (AB) Çindən iqtisadi asılılıqdan yarana biləcək “riskləri azaltmaq” yanaşmasını tənqid edib. O, müstəqil əməkdaşlığın təkcə iki ölkə üçün deyil, həm də qlobal iqtisadiyyat üçün fayda verəcəyini vurğulayıb. 

Çin və Almaniya fikir ayrılıqlarını ortaq zəmində həll etməyə çalışdıqca əlaqələrin inkişaf etməyə davam edəcəyini bildirən Si, "Çin və Almaniya arasında heç bir əsaslı maraq toqquşması yoxdur. İki ölkə bir-birinə təhdid yaratmır.Çin və Almaniya arasında qarşılıqlı faydalı əməkdaşlıq risk deyil, ikitərəfli münasibətlərin sabitliyinin təminatı, inkişafı üçün bir fürsətdir" dedi.

Günel Məlikzadə
Fins.az