DÜNYA

09 Aprel

Rusiya Qazaxıstandan yanacaq istəyib

Reuters xəbər agentliyinin mövzu ilə bağlı məlumatlı üç mənbəyə əsaslanaraq verdiyi xəbərə görə, Ukraynanın pilotsuz təyyarə hücumları və neftdə fasilələr səbəbiylə Rusiyanın Qazaxıstandan 100 min ton benzin tələb etdiyi bildirilib. Digər tərəfdən, mənbələrdən biri Rusiya üçün ehtiyatlardan istifadəyə dair razılaşmanın artıq razılaşdırıldığını bildirib.

Fins.az xəbər verir ki, Rusiyanın Energetika Nazirliyi şərh sorğusuna cavab verməsə də, qonşu Belarus artıq Rusiyaya benzin tədarükünə kömək etməyə razılaşıb.

Martın sonuna qədər pilotsuz təyyarələrin hücumları Rusiyanın əsas neft emalı potensialının təxminən 14 faizini sıradan çıxarıb. Səlahiyyətlilər bildirirlər ki, hələlik daxili yanacaq bazarlarında vəziyyət sabitdir və ehtiyatlar kifayət qədərdir.

Baxmayaraq ki, Rusiya ümumilikdə yanacağın xalis ixracatçısı və beynəlxalq bazarlara tədarükçüsü olsa da, neft emalı zavodlarının pozulması neft şirkətlərini idxal etməyə məcbur edir.

Günel Məlikzadə
Fins.az