DÜNYA

03 Aprel

Milyarderlərin ümumi sərvəti

Amerikanın biznes jurnalı Forbesin Milyarderlər Siyahısındakı adamların sayı bu il 2781 nəfərə yüksəldiyi halda, milyarderlərin ümumi sərvəti 14,2 trilyon dollara çatıb.

Fins.az xəbər verir ki, Forbes jurnalının bu il 38-ci dəfə dərc etdiyi Milyarderlər Siyahısı dünyada milyarderlərin sayının və sərvətlərinin artdığını göstərib.

Buna görə milyarderlərin sayı keçən ilə nisbətən 141 nəfər artaraq 2 min 781 nəfərə çataraq rekord qırıb.

Milyarderlərin ümumi sərvəti 2 trilyon dollar artaraq 14,2 trilyon dollara çatıb.

Günel Məlikzadə
Fins.az