DÜNYA

03 Aprel

Tayvanda 7,4 bal gücündə zəlzələ baş verib

ABŞ Geoloji Xidməti (USGS) 7,4 bal gücündə zəlzələnin episentrinin Tayvanın şərq sahilindəki Hualien şəhərindən 18 kilometr cənubda olduğunu açıqlayıb.

Fins.az xəbər verir ki, 34,8 kilometr dərinlikdə baş verən zəlzələ nəticəsində bölgədə bəzi binaların dağıldığı bildirilib.

Tayvan Mərkəzi Meteorologiya İdarəsi (CWA) zəlzələdən sonra adanın şimal bölgələri üçün sunami xəbərdarlığı edib.

Yaponiya Meteorologiya Agentliyi (JMA) həmçinin ölkənin cənub-qərbindəki Okinava və Miyakojima adaları üçün hündürlüyü 3 metrə çata biləcək sunami xəbərdarlığı edib.

Günel Məlikzadə
Fins.az