DÜNYA

19 Mart

Ərdoğan: "Ən böyük problem inflyasiyadır"

Prezident Rəcəb Tayyib Ərdoğan Keçiören rayonunda Atatürk Cümhuriyyət Qülləsinin açılış mərasimindəki çıxışında iqtisadiyyatla bağlı mesajlar verdi.

Fins.az xəbər verir ki, həm bazarların, həm də vətəndaşların rahat olmasını istəyən Ərdoğan deyib:

"Biz iqtisadi proqramımızın uğuru üçün vitse-prezidentimiz, xəzinə və maliyyə nazirimiz, digər nazirlərimiz və bürokratlarımızla çox çalışırıq. Göstəricilər göstərir ki, biz düzgün istiqamətdə gedirik. Biz birlikdə inflyasiyanın sürətli enişini müşahidə edəcəyik. İnşallah, gələn ildən gələcəyin ehtiyaclarını görəcəyik".

Günel Məlikzadə
Fins.az