DÜNYA

19 Mart

İraqdan neft qərarı

İraq Neft Nazirliyinin verdiyi yazılı açıqlamaya görə, ölkənin gündəlik neft ixracı önümüzdəki aylarda 3 milyon 300 min barrelə enəcək.

Fins.az xəbər verir ki, təxminən 100 min barel olaraq hesablanan könüllü ixtisar, İraqın Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hasilat kvotasında etdiyi aşmaları kompensasiya etmək üçün ediləcək.

Yanvarda gündəlik neft ixracı orta hesabla 3 milyon 434 min barrel, fevralda isə 3 milyon 339 min barrel olan İraq OPEK-in ikinci ən böyük neft hasilatçısıdır.

Qeyd edək ki, OPEC ötən ilin noyabrında bəzi üzv ölkələrin könüllü olaraq əlavə hasilatı azaldacaqlarını açıqlamışdı.

Günel Məlikzadə
Fins.az