DÜNYA

19 Mart

17 ildən sonra ilk

Yaponiya Bankı (BOJ) 2007-ci ildən bəri ilk dəfə faiz dərəcələrini artıraraq, bu il güclü əmək haqqı artımının ilk əlamətləri fonunda dünyanın sonuncu mənfi faiz dərəcəsi rejiminə son qoyub.

Fins.az xəbər verir ki, iki günlük siyasət iclasının sonunda edilən açıqlamaya görə, BOJ qısamüddətli faiz dərəcələrini mənfi 0,1 faizdən 0,1%-ə yüksəldib. Yaponiyanın mənfi faiz rejimi 2016-cı ildən qüvvədədir.

BOJ, həmçinin 10 illik Yaponiya dövlət istiqrazları üzrə radikal gəlir əyrisi nəzarət siyasətinin aradan qaldırıldığını, mərkəzi bankın lazım gəldikdə istiqrazları alıb sataraq uzunmüddətli faiz dərəcələrini hədəfləmək üçün istifadə etdiyini açıqladı.

BOJ , Fond Birjasında və Yaponiya daşınmaz əmlak investisiya tröstlərində (J-REITS) ticarət edilən vəsaitlərin alışını dayandıracağını və korporativ istiqraz alışlarını mərhələli şəkildə azaldacağını ifadə edərək, təxminən bir il ərzində bu tətbiqi dayandırmağı hədəflədiyini bildirib.

Günel Məlikzadə
Fins.az