DÜNYA

14 Mart

Yellen bəyanatından "təəssüflənir"

ABŞ-ın maliyyə naziri Janet Yellen 2021-ci ildə inflyasiyanın “müvəqqəti” olduğunu söyləməsinə təəssüfləndiyini bildirib.

Fins.az xəbər verir ki, bir televiziya kanalına verdiyi müsahibədə inflyasiyanın azalmasının "rəvan" olmaya biləcəyini ifadə edən Yellen, "Aydan aya hamar bir yol olacağını gözləmirəm, lakin tendensiya açıq şəkildə müsbətdir. Əksər proqnozçular inflyasiyanın zamanla azalacağını da gözləyir. Yanvar və fevral aylarında inflyasiyaya ən böyük töhfə verən kirayə haqqının olduğunu da söyləyən Yellen, önümüzdəki aylarda azalacağını da proqnozlaşdırdı".

ABŞ-da inflyasiya 2022-ci ildəki 9,1 faizlik zirvədən düşsə də, hələ də FED-in hədəfinin üstündədir.

ABŞ Əmək Nazirliyinin dünən açıqladığı məlumatlara görə, Fevral ayında CPI, gözləntilər daxilində aylıq bazda 0,4% artarkən, illik bazda  3,2% artımla bazar gözləntilərinin üzərində idi.

Yellen 2021-ci ildə tədarük çətinliklərinin və pandemiyadan irəli gələn digər amillərin təsirləri azaldıqca inflyasiyanın azalacağını və artımın “müvəqqəti” olduğunu bildirmişdi.

Günel Məlikzadə
Fins.az