DÜNYA

13 Mart

296 milyard dollar büdcə kəsiri - ABŞ

ABŞ Maliyyə Nazirliyi fevral ayı üzrə büdcə balansı hesabatını dərc edib.

Fins.az xəbər verir ki, 1 oktyabr 2023-cü ildə başlayan və 30 sentyabrda sona çatacaq 2024-cü maliyyə ilinin 5-ci ayında federal hökumətin büdcə açığı 296 milyard dollar olaraq hesablandı.

Keçən ilin fevral ayında federal hökumətin büdcə kəsiri 262 milyard dollar olub. Belə ki, fevralda büdcə kəsiri ötən ilin eyni ayı ilə müqayisədə 13 faiz artıb. Bu dövrdə büdcə balansı ilə bağlı bazar gözləntiləri 298,5 milyard dollar kəsir idi.

Fevralda hökumətin gəlirləri 3 faiz artaraq 271 milyard dollara, xərcləri isə 8 faiz artaraq 567 milyard dollara çatıb.

Günel Məlikzadə
Fins.az