DÜNYA

12 Mart

7,3 trilyon dollarlıq büdcə təklifi

Ağ Ev oktyabrın 1-də başlayacaq 2025-ci maliyyə ili üçün dövlət xərclərini özündə əks etdirən büdcə təklifini ABŞ Konqresinə təqdim edib.

Fins.az xəbər verir ki, Bayden administrasiyasının növbəti maliyyə ili üçün büdcə təklifi 2024-cü maliyyə ilinin 5 ayı keçməsinə baxmayaraq, bəzi dövlət qurumlarına maliyyə təmin edəcək büdcə qanun layihəsinin hələ də Konqresdə müzakirə edildiyi bir vaxta təsadüf edir.

Baydenin siyasət vizyonunu da əks etdirən büdcə təklifinə görə, ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkilərinə aylar qalmış, 2025-ci maliyyə ilində 5,5 trilyon dollar gəlir təmin edilməsi hədəflənir; 7,3 trilyon dollar xərclənməsi planlaşdırılır.

Bayden 2024-cü maliyyə ili üçün büdcə təklifində 6,9 trilyon dollar xərcləmə nəzərdə tutmuşdu.

Günel Məlikzadə
Fins.az