DÜNYA

11 Mart

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev: “TDT çərçivəsində ticarət dövriyyəsi 42,3 milyard dollara çatıb”

“Türk Dövlətləri Təşkilatının (TDT) potensialı olduqca böyükdür. Sadəcə, bəzi rəqəmlərə nəzər salaq: TDT-yə üzv olan ölkələrin ümumi ərazisi təxminən 4,5 milyon kvadratkilometrdir, ümumi daxili məhsulun həcmi (ÜDM) 1,5 trilyon dollardan çoxdur, əhalisi 160 milyon nəfərdən artıqdır. TDT çərçivəsində ticarət dövriyyəsi 42,3 milyard dollara çatıb, Türk dövlətlərinin dünya ilə ümumi ticarət dövriyyəsi isə 1,3 trilyon dollara yaxındır. Təşkilatın bütün ölkələri dünya iqtisadi proseslərinə inamla daxil olub, əsas beynəlxalq təşkilatlarda təmsil olunur və aktiv fəaliyyət göstərirlər. Hesab edirəm ki, bu, TDT çərçivəsində inteqrasiya proseslərinin daha da uğurlu inkişafı üçün kifayətdir. Türk dövlətlərinin tranzit-nəqliyyat əlaqələri, iqtisadiyyat, ekologiya, elm, təhsil, incəsənət, turizm, idmandan tutmuş ortaq tariximizin indiyədək naməlum səhifələrinin araşdırılmasına qədər geniş spektrli məsələlər üzrə əməkdaşlığı inkişaf etdirməyə qərarlı olması gələcəyə inam yaradır”.

 

©AZƏRTAC