DÜNYA

08 Mart

ABŞ-da işsizlik müavinəti üçün müraciətlərin sayı 217 min təşkil edib

ABŞ-ın Əmək Departamentinin verdiyi məlumata əsasən, ölkədə martın 2-də bitən həftə üzrə İşsizlik Müavinətı Üzrə Müraciət Edənlərin Sayı 217 min nəfər olub. 

Fins.az xəbər verir ki, analitiklərin göstəriciləri ötən həftə olduğu kimi, 217 min nəfər səviyyəsində dərc olacağını proqnoz etmişdilər. Qeyd etmək lazımdır ki, ötən həftənin göstəricisi 215 min nəfərdən 217 min nəfərə qədər yenilənmişdir.

Son dörd həftə ərzində müavinət ilə bağlı müraciət edənlərin ortalama sayı 750 nəfər azalaraq 212 250 nəfərə enib.

Fevralın 24-də başa çatan həftədə ABŞ-da işsizlik müavinəti alanların ümumi sayı əvvəlki həftənin yenilənmiş göstəricisi ilə müqayisədə 8 min nəfər artaraq 1.906 milyon nəfərə çatıb.