DÜNYA

07 Mart

Misirdən devalvasiya qərarı

Valyuta qıtlığı yaşayan və BVF-dən milyard dollarlıq kredit istəyən Misirin mərkəzi bankı bu gün siyasət faizini 600 bənd artıraraq 27,25 faizə çatdırıb.

Fins.az xəbər verir ki, ölkənin Pul Siyasəti Komitəsi “inflyasiya ilə mübarizəni sürətləndirmək və baza inflyasiyanın azalmasına nail olmaq üçün monetar sərtləşdirmə prosesini sürətləndirməyə qərar verdiyini” bildirib.

Mərkəzi Bank ölkədə rəsmi və qeyri-rəsmi valyutaların bərabərləşməsinin “kritik” olduğunu da vurğulayıb. Valyuta dövriyyəyə buraxıldıqdan sonra Misir funtu dollar qarşısında 26,5 faiz dəyər itirib, keçən il 30,9 bölgədə ticarət edilən Dollar/Misir funtu 42-yə yüksəlib. Beləliklə, rəsmi məzənnə 45 civarında satıldığı yerli qara bazarda öz dəyərinə yaxınlaşıb.

BVF Misiri 30 faizə yaxın inflyasiya ilə mübarizə aparmaq üçün pul siyasətini sərtləşdirməyə və daha çevik rəsmi məzənnə qəbul etməyə təşviq edirdi.

Günel Məlikzadə
Fins.az