Almaniyanın Federal Statistika Bürosunun (Destatis) məlumatlarına əsasən, Avropanın ən böyük iqtisadiyyatı olan ölkənin ÜDM-i, yekun qiymətləndirməyə görə, 2023-cü ilin dördüncü rübündə, mövsümi düzəlişlər nəzərə alınmaqla, illik ifadədə 0.2% azalıb.
Fins.az xəbər verir ki, göstərici analitiklərin proqnozları ilə üst-üstə düşüb. Eyni zamanda, üçüncü rübdə azalma illik müqayisədə 0.3% təşkil edib. Beləliklə, ÜDM-in iki rüb ardıcıl olaraq azalmasını nəzərə alsaq, Almaniya iqtisadiyyatının resessiya ilə üzləşdiyini qeyd etmək olar.
Rüblük ifadədə Almaniyanın ÜDM-i, mövsümi düzəlişlər nəzərə alınmaqla, 0.3% azalıb.
Mövsümi düzəlişlər nəzərə alınmadan ölkənin ÜDM-i illik ifadədə 0.4% azalıb. Bu da ekspertlərin proqnozları ilə üst-üstə düşüb.