ABŞ və Böyük Britaniyanın müttəfiqlərinin dəstəyi ilə Yəməndə 8 fərqli yerdə 18 husi hədəfini vurduğu bildirilib.
Fins.az xəbər verir ki, məsələ ilə bağlı ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən yazılı açıqlama verilib.
Açıqlamada Yəməndə husilərin nəzarətində olan yeraltı silah anbarları, pilotsuz uçuş aparatları sistemləri, hava hücumundan müdafiə sistemləri, radarlar və vertolyotun hədəf alındığı, hücumların Husilərin qlobal ticarətə və günahsız insanlara qarşı təhdidini azaltmaq məqsədi daşıdığı bildirilib.
Hücumların Avstraliya, Bəhreyn, Kanada, Danimarka, Hollandiya və Yeni Zelandiyanın dəstəyi ilə ABŞ və Böyük Britaniya tərəfindən həyata keçirildiyi bildirilib.
Həmçinin, Yəməndə 8 fərqli yerdə həyata keçirilən hücumların 18 Husi hədəfinin vurulduğu və bunun Husilərin Qırmızı dənizdə davam edən hücumlarına cavab olaraq edildiyi irəli sürülüb.
Günel Məlikzadə
Fins.az