DÜNYA

23 Fevral

"Qəzza iqtisadiyyatı 80%-dən çox azalıb"

Dünya Bankı İsrailin hücumlarının Fələstin iqtisadiyyatına təsirləri ilə bağlı hesabatını dərc edib.

Fins.az xəbər verir ki, Dünya Bankı Qəzza iqtisadiyyatının ötən ilin son rübündə İsrailin hücumları səbəbindən 80%-dən çox azaldığını bildirib. Hesabatda 2023-cü ilin oktyabr ayından Qəzzaya edilən hücumların böyük insan itkisinə səbəb olduğu və hücumların Fələstin iqtisadiyyatına da əhəmiyyətli təsirləri olduğu açıqlanıb.

Hesabatda qeyd olunub ki, qarşıdurmaların bölgədəki əhali üzərində qalıcı təsirlər qoyması, Qəzzada əvvəllər mövcud olan humanitar böhranı daha da şiddətləndirəcək və həm Qəzzada, həm də İordan çayının qərb sahilində iqtisadi çətinlikləri əhəmiyyətli dərəcədə artıracaq.

Günel Məlikzadə
Fins.az