DÜNYA

01 Fevral

Çindən təşviq bəyanatı

Çin rəsmiləri bu il büdcənin xüsusilə bəzi investisiyaları dəstəkləmək üçün “lazımi intensivlikdə” xərclənəcəyini bildiriblər.

Fins.az xəbər verir ki, Çin Maliyyə Nazirliyinin Xəzinədarlıq Departamentinin rəhbəri Li Xianzhong, "2024-cü ildə maliyyə xərcləri lazımi intensivlikdə olacaq" deyərkən, maliyyə nazirinin müavini Vanq Donqvey, "Biz maliyyə xərcləri üçün kifayət qədər vəsait ayırdıq" dedi. 

“Mərkəzi büdcə kanalı vasitəsilə verilən dəstəklər müvafiq surətdə artacaq”. Çində bir çox yerli hakimiyyətin borc çətinliyi ilə üzləşdiyi bir vaxtda mərkəzi büdcə dəstəyi investorlar üçün mühüm amil kimi qəbul edilir.

Mərkəzi büdcə xərcləri də Çin iqtisadiyyatında tələbin bərpasına kömək edə bilər. Bir çox iqtisadçı Çinin daşınmaz əmlak böhranının yaratdığı etimad böhranı qarşısında keçən il fiskal təşviqləri tətbiq etməkdə gecikdiyini düşünür.

Günel Məlikzadə
Fins.az