DÜNYA

24 Yanvar

Trampın addımları

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ilin noyabrında keçiriləcək ABŞ prezident seçkilərində Nyu-Hempşirdə keçirilən praymerizdə rəqibi Nikki Heyliyə qalib gələrək Respublikaçılar Partiyasının namizədi olmağa bir addım daha yaxınlaşıb.

Fins.az xəbər verir ki, Associated Press, Trampın praymerizdə qalib gəldiyini elan etdi. Müvafiq olaraq, səslərin təxminən 50 faizini alanda Tramp Heylini 9,6 faiz üstələyib. Nəticələr açıqlandıqdan sonra verdiyi açıqlamada Tramp “Qalib olmasaq, məncə, ölkəmizin sonu olacaq” deyərək, fevralın 24-də Cənubi Karolinada keçiriləcək praymerizin onun üçün asan qələbə olacağını proqnozlaşdırıb.

RealClearPolitics sorğusunun nəticələrinə görə, hazırda Tramp Cənubi Karolina ştatında Heylini təxminən 30 xal qabaqlayır. Dünən axşamkı nəticələrdən sonra Respublikaçılar Partiyasının Nyu-Hempşir ştatının sədri Kris Ager “Əsas məqsəd Co Baydeni Ağ Evdən uzaqlaşdırmaqdır. Bunun ən yaxşı yolu namizədimiz kim olursa olsun, arxasında durmaqdır. “Biz heç bir körpünü yandırmaq istəmirik".

Günel Məlikzadə
Fins.az