DÜNYA

23 Yanvar

İsveç üçün son söz Türkiyədədir

İsveç Krallığının Şimali Atlantika Müqaviləsində (NATO) İştirakına dair Protokol Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında keçiriləcək müzakirələrdən sonra parlament üzvlərinin səsinə təqdim olunacaq.

Fins.az xəbər verir ki, noyabrın 16-da Xarici Əlaqələr Komissiyasının gündəliyinə ilk dəfə gələn protokolun təsdiq edilməsi haqqında qanun layihəsi dekabrın 26-da Milli Məclisin Xarici Əlaqələr Komissiyası tərəfindən qəbul edilib.

Günel Məlikzadə
Fins.az