DÜNYA

05 Yanvar

ABŞ-da məşğulluq 216 min artıb

ABŞ-da kənd təsərrüfatı xarici məşğulluq dekabrda 216 min artıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, dekabrda ölkədə işsizlik nisbəti 3,7% olub.

Bloomberg anketinə qatılan iqtisadçılar artımın 175 min olacağını gözləyirdilər. Anketdə işsizlik nisbətinin 3,8% olaraq qeyd ediləcəyi gözlənilirdi.

İnflyasiya proqnozu baxımından monitorinq edilən saatlıq qazanclarda da gözlənilən reallaşma qeydə alınıb. Orta saatlıq qazanc dekabr ayında aylıq  0,4% artdı. Gözləntilər artımın 0,3 faiz olacağı idi.

Dekabr ayında saatlıq qazancda illik artım 4,1% olaraq qeyd edildi. Bloomberg sorğusunda bu məlumat üçün gözlənti 3,9% olaraq təyin olundu.

ABŞ-da ilkin qeyri-kənd təsərrüfatı məlumatları məşğulluqda istiləşmə əlamətləri vermişdi.

ABŞ-da ADP özəl sektor məşğulluğu dekabr ayında 164 min artdı. Bloomberg sorğusuna qatılan iqtisadçıların gözləntisi 125 min artım idi.

Qeyri-kənd təsərrüfatı məşğulluğunun gözləntilərin üzərində artması ilə svop bazarlarında faiz endirimi qiymətləri mart ayında 50%-yə qayıtdı.

Günel Məlikzadə
Fins.az