Çində baş verən zəlzələdən sonra xilasetmə işlərinə başlanılıb.
Fins.az xəbər verir ki, səlahiyyətlilər ağır qış şərtləri ilə əlaqədar axtarış-xilasetmə işlərinin çətinliklə aparıldığını bəyan edərək, zəlzələdə bölgənin infrastrukturunun da zədələndiyi qeyd edilib.
Çinin Qansu əyalətində baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində azı 118 nəfər ölüb. Soyuq hava səbəbindən axtarış işləri çətin keçsə də, ən azı 20 nəfərin itkin düşdüyü bildirilib.
Çinin şimal-qərbindəki Qansu əyalətində bazar ertəsi gecə saat 23:59-da 6,2 bal gücündə zəlzələ baş verib. Çin yerli mediası zəlzələnin episentrinin Çişişan Baoan Donsyan və Salar Muxtar Dairəsi olduğunu açıqlayıb.
İlkin məlumatlara görə, zəlzələlərin tez-tez baş verdiyi Qansu əyaləti sərhədində baş verən zəlzələ nəticəsində azı 118 nəfər ölüb, onlarla insan yaralanıb.
Səlahiyyətlilər ağır qış şərtləri ilə əlaqədar axtarış-xilasetmə işlərinin çətinliklə aparıldığını bəyan edərək, zəlzələdə bölgənin infrastrukturunun da zədələndiyi qeyd edilib.
Günel Məlikzadə
Fins.az