Ukrayna prezidenti V.Zelenski dünən axşam Odessa vilayətində Rusiyaya məxsus hərbi təyyarənin vurulduğunu və xüsusilə Odessa vilayətində hava hücumundan müdafiəni gücləndirəcəklərini açıqlayıb.
Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Zelenski Qara dənizdəki Zmiinyi adası (İlan adası) bölgəsində Rusiyaya məxsus hərbi təyyarənin vurulduğunu bildirib və deyib:
“Səma müdafiəçilərimizə minnətdaram. Qara dənizin Zmiinyi adası bölgəsində Rusiyaya məxsus təyyarə vurulub. Təyyarə Odessa vilayətini vurmağa çalışırdı. Terrorçular üçün daha bir mənfi. Biz terrorçuları "azaltmağa" davam edəcəyik. Xüsusilə Odessa vilayətində hava hücumundan müdafiə sistemimizi gücləndiririk. Mən kömək edən hər bir ölkəyə təşəkkür edirəm".
Günel Məlikzadə
Fins.az