DÜNYA

25 Oktyabr

Çində həvəsləndirici tədbirlər aydınlanmağa başlayıb

Çinin çoxdan gözlənilən təşviq tədbirləri aydınlaşmağa başlayır. Çinin 2023-cü il üçün büdcə kəsiri/ÜDM nisbətini 3,8 faizə çatdıracaq plan təsdiqlənib. Beləliklə, Mart ayında hədəflənən 3% kəsir yuxarıya doğru revize edilib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, plan həmçinin istiqraz emissiyaları vasitəsilə dördüncü rüb üçün əlavə 1 trilyon yuan borc alınmasını nəzərdə tutur. Çin büdcə dəyişikliklərinə nadir hallarda müraciət edən ölkələrdən biridir. Ölkə əvvəllər 2008-ci ildə Siçuan zəlzələsi və 1990-cı illərin sonunda Asiya maliyyə böhranı üçün büdcəyə düzəlişlər edib.

"Capital Economics Asia" baş iqtisadçısı Mark Villiams deyib: “Biz bir müddətdir ki, əlavə maliyyə dəstəyinin təsdiqlənməsini gözləyirdik. Bu addım Çinin son rübdə maliyyə sərtləşməsinin qarşısını almaq üçün lazım idi" deyib. Citigroup iqtisadçıları isə büdcə kəsiri/ÜDM nisbətinin normadan yuxarı artmasına “artım hədəfinə çatmağın aktuallığının mühüm göstəricisi” kimi baxırlar.

"Pantheon Macroeconomics China" baş iqtisadçısı Duncan Vrigleyin fikrincə, 1 trilyon yuanlıq özəl istiqraz buraxılışı ÜDM-in 0,8 faizi həcmində əlavə stimul verəcək. Vrigleyə görə, Çin səlahiyyətliləri 2024-cü ildə zəif daşınmaz əmlak sektoru və azalan ixracın kölgəsində bərpa etməyi hədəfləyir.

Günel Məlikzadə
Fins.az