Makron “İsrailin təhlükəsizliyi” üçün regional güclərin təminatları müqabilində yaşaya bilən və dayanıqlı Fələstin dövlətinin yaradılması məqsədinə nail olmaq üçün “əsl sülh prosesinin” başlamasını təklif edəcək.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron ölkəsinin İsraillə “tam həmrəyliyini” nümayiş etdirmək üçün Təl-Əvivə gəlib.
Yelisey Sarayından verilən açıqlamada Makronun səfərinin səbəbi kimi “İsraili və fransız israilliləri dəstəkləmək, həmçinin real sülh prosesini təklif etmək” olduğu bildirilib.
Livanda İsrail ilə İranın dəstəklədiyi Hizbullah arasında sərhəd münaqişələrinin artmasına diqqət çəkən açıqlamada Makronun "bölgədə gərginliyin təhlükəli şəkildə artmasının qarşısını almaq üçün səyləri davam etdirməyi" hədəflədiyi bildirilib.
Günel Məlikzadə
Fins.az