Ağ Evin sözçüsü Con Kirbi son bir həftədə və xüsusilə də son bir neçə gündə hücumların artdığını, lakin Vaşinqtonun regiondakı maraqlarına təhdidlərin “cavabsız qalmasına” icazə verilməyəcəyini bildirib.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evdən verilən açıqlamada, İranın bəzi hallarda Tehranın dəstəklədiyi qruplar tərəfindən İraq və Suriyadakı Amerika hərbi bazalarına raket və pilotsuz təyyarələrlə hücumlara "fəal şərait yaratdığı" iddia edilib.
Açıqlamada, prezident Co Baydenin ABŞ Müdafiə Nazirliyinə bu cür əlavə hücumlara daha hazırlıqlı olmağı və lazımi cavab verməyi tapşırdığı bildirilib.
Ağ Evin sözçüsü Con Kirbi son bir həftədə və xüsusilə də son bir neçə gündə hücumların artdığını, lakin Vaşinqtonun regiondakı maraqlarına təhdidlərin “cavabsız qalmasına” icazə verilməyəcəyini bildirib.
Günel Məlikzadə
Fins.az