İqtisadçıların fikrincə, Böyük Britaniyada son vaxtlar iqtisadi məlumatların və aparıcı sektor göstəricilərinin zəifləməsi ölkə iqtisadiyyatının resessiyaya girəcəyi ilə bağlı narahatlıqları artırıb.
Fins.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
"Nationwide"-ın dünən verdiyi açıqlamada ölkədə mənzil qiymətlərinin iyul ayında 3.8% azalaraq son 14 ilin ən kəskin enişini qeyd etdiyi bildirilib.
Beynəlxalq kredit dərəcələndirmə qurumu "Standard Poor's"-un İngiltərədə istehsal sənayesindəki Satınalma Menecerləri İndeksinin (PMI) bir əvvəlki ayda qeydə alınmış 46.5 bənd səviyyəsindən iyul ayında 45.3 bəndə düşməsi ilə əlaqədar qiymətləndirməsində, - "İngiltərədə istehsal sənayesindəki eniş İyul ayında pis bir döngüyə girib, istehsalda daralma, məşğulluq və yeni sifarişlərin həcmində geriləmə sürətlənib." - bəyanatlar yer alır.
Zəminə Hüseyn
Fins.az