Qatar Energy Company (Qatar Energy) 2022-ci ildə keçən ilə nisbətən xalis mənfəətini 58 % artırıb.
Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, şirkətin açıqladığı maliyyə məlumatlarına görə, Qatar Energy-nin 2021-ci ildə 26,9 milyard dollar olan xalis mənfəəti 2022-ci ildə 42,5 milyard dollara çatıb.
Qətər 2022-ci ildə mayeləşdirilmiş təbii qaz (LNG) ixracatında 80,1 milyon tonla ABŞ və Avstraliyanı geridə qoyaraq bu sahədə birinci olub.
Zəminə Hüseyn
Fins.az