Avrozonada sənaye istehsalının həcmi may ayında illik ifadədə 2.2% azalıb, aylıq ifadədə isə 0.2% artıb.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, analitiklər illik ifadədə 1.2%-lıq azalma, aylıq ifadədə isə 0.3% artım proqnozlaşdırırdılar.
Avropa İttifaqı ölkələrində isə may ayında sənaye istehsalının həcmi illik ifadədə 1.8% azalıb, aylıq ifadədə isə 0.1% artıb.
Eyni zamanda, uzunmüddətli malların istehsalı həcmi Avrozonada aylıq ifadədə 0.5%, Aİ-də isə 0.4% artıb. Qısamüddətli malların istehsalının həcmi isə Avrozonada 0,3%, Aİ-də 0.7% artıb.
Avrozonada yanacaq-energetika sektorunda istehsal aylıq olaraq 1.1%, Aİ-də isə 1.8% azalıb.
May ayında aprel ayı ilə müqayisədə sənaye istehsalında ən əhəmiyyətli artım Sloveniya (+7.9%), Xorvatiya (+4.3%), İsveç (+2.5%) və Finlandiyada (+2.5%) qeydə alınıb. Ən böyük aylıq zəifləmə isə İrlandiyada (-4.9%), Norveçdə (-3.2%) və Litvada (-2.8%) qeydə alınıb.