DÜNYA

07 İyul

May ayında ABŞ-ın ticarət kəsiri azalıb

ABŞ Ticarət Nazirliyi may ayı üçün xarici ticarət məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ-da xarici ticarət kəsiri may ayında aylıq bazda 7,3 % azalaraq 69 milyard dollar olub.

Bazarın gözləntilərinə uyğun gələn xarici ticarət kəsiri aprel ayında 74,4 milyard dollar olaraq qeyd edildi.

Mayda ölkənin ixracı 0,8 % azalaraq 247,1 milyard dollar, idxalı isə 2,3 % azalaraq 316,1 milyard dollar olub.

Zəminə Hüseyn
Fins.az