Çində sənaye şirkətlərinin mənfəəti, azalan tələbin təsiri ilə may ayında düşməyə davam edib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Çində sənaye şirkətlərinin mənfəəti may ayında keçən illə müqayisədə 12,6% azalıb. Tələbin azalması ölkədə davam edən iqtisadi gərginliyin göstəricisi kimi şərh edilib.
Yanvar-may dövründə şirkətlərin mənfəəti 18,8 % azalıb.
Xarici şirkətlərin mənfəəti ilin ilk 5 ayında yanvar-aprel dövrü ilə müqayisədə 13,6 % azalıb. İdxaldakı azalmanın davam etməsi daxili tələbin nə qədər zəif olduğunu göstərir.
Həmçinin, özəl şirkətlərdə mənfəət 21,3 %, dövlət müəssisələrində isə 17,7 % azalıb.
Zəminə Hüseyn
Fins.az