Amerikanın sosial media nəhəngi "Meta", "WhatsApp Business" tətbiqinin 2020-ci ildə aylıq aktiv istifadəçi sayını 50 milyondan 200 milyona yüksəldiyini açıqlayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Meta"ya məxsus söhbət proqramı WhatsApp Business istifadəçilərinin Facebook hesabı olmadan “klik WhatsApp” reklamları yarada biləcəklərini açıqlayıb.
Şirkət həmçinin elan edib ki, istifadəçilər birbaşa tətbiq daxilində Facebook və Instagram üçün reklam yarada, satın ala və yerləşdirə biləcəklər.
Şirkət bildirib ki, müəssisələr müxtəlif müştəri siyahılarına müxtəlif mesajlar göndərə bilərlər. Məsələn, satıcı alış düyməsi ilə yeni müştərilərə endirim kodu göndərə biləcək.
Zəminə Hüseyn
Fins.az